Rusiya azərbaycanlı blogeri axtarışa verdi

   Rusiya    azərbaycanlı blogeri    axtarışa verdi
  15 May 2025    Oxunub:431
Rusiyanın daxili işlər nazirliyi azərbaycanlı bloger Hüseyn Həsənovu beynəlxalq axtarışa verib. Bloger vergiləri ödəməməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Yayılan məlumata görə, Hüseyn Həsənov 2019–2021-ci illərdə 170 milyon rubldan çox vergidən yayınıb. Həmin məbləğin 20 milyonunu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.

Hazırda bloger başqa dövlətin ərazisində olduğundan, ona qarşı qiyabi ittiham irəli sürülüb və beynəlxalq axtarışa verilib.

Samir
AzVision.az


Teqlər: Bloger  





Xəbər lenti