XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb

İki ölkə arasında mövcud siyasi dialoqun saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), ASEAN çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilən tarixi qərarların əhəmiyyətinə diqqət çəkilib.
Bunlarla yanaşı, nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Vyetnamın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə xarici işlər nazirinin müavini Lu Tu Hang rəhbərlik edib.
AzVision.az
Teqlər: