Ağ Evin məxfi planları təsadüfən məmurlara sızıb

Faylların əksəriyyəti CUI (nəzarət olunan qeyri-məxfi məlumat) qrifinə malikdir, yəni onlar rəsmi şəkildə məxfiləşdirilməsə də, qorunmağa ehtiyacı var. Onlardan 10-u redaktə üçün artıq hazır olub.
Qəzet bildirir ki, 2021-ci ildən bəri oxşar hadisələr, o cümlədən Ağ Evin Şərq və Qərb Qanadları üçün planlar, Oval Ofis sənədləri və hətta ziyarətçi mərkəzinin qapıları üçün dizaynlar da daxil olmaqla belə hallar baş verib.
“Məxfilik təsnifatı olmadan belə, bu cür məlumatlar təhlükəsizlik səbəbi ilə məxfi saxlanılmalıdır”, - təhlükəsizlik siyasəti üzrə analitik Stiven Afterqud vurğulayıb.
Qeyd edək ki, qanun pozuntusu ötən həftə aparılan audit zamanı aşkarlanıb. İT departamenti fayl sahiblərini müəyyənləşdirərək bu sənədlərə girişi məhdudlaşdırıb. Hazırda istintaq davam edir.
Bu hadisə Bayden və Tramp administrasiyaları ətrafında həssas məlumatların idarə edilməsi ilə bağlı bir sıra qalmaqalların davamı təəssüratı yaradır. Bundan əvvəl Tramp komandasının bir hissəsinin rəsmi yazışmalar üçün şəxsi “Gmail” hesablarından istifadə etiyi və Baydenin evində məxfi sənədlərin tapıldığı bəlli olub.
Sahil İsgəndərov
AzVision.az