Ukrayna demoqrafik problemi ilə üzləşib

“Vəziyyət pisdir, amma müharibə zamanı yaxşı ola bilməz, çünki doğum azalır, ölüm nisbəti artır. Belə göstəricilərin səbəblərindən biri miqrasiya axınlarıdır. 2022-ci ildə Ukraynanın əhalisi 42 milyon nəfər olduğu halda, 2025-ci ilin əvvəlində 34 milyon nəfərə enib. Amma bu göstəricilər də düzəlişlərə məruz qalacaq”, - Aleksnadr Qladun vurğulayıb.
Demoqrafların proqnozlarına görə, hazırda Ukraynada kişilər orta hesabla 60 il yaşayır. Onların ömrünün qısalması müharibə zamanı təbii prosesdir, çünki cəbhədə əsasən kişilər həlak olur.
Sahil İsgəndərov
AzVision.az