TDT-nin Şimali Kiprdə iclası keçiriləcək

TDT-nin Şimali Kiprdə iclası keçiriləcək
  21 Aprel 2025    Oxunub:466
Lefkoşada Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Məlumata əsasən, 1-2 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində TDT-nin Ağsaqqallar Şurasının 17-ci iclası keçiriləcək.

“Turkiyegazetesi”nin məlumatına görə, iclasın ən mühüm gündəm mövzusu Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə açdıqları diplomatik nümayəndəliklər olacaq.

Qeyd edək ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan ötən ilin sonlarında Cənubi Kiprə səfirlərini təyin edib.

AzVision.az



Teqlər:





Xəbər lenti