BMT: "Kütləvi cəzalandırmaya heç nə haqq qazandırmır"

      BMT:    "Kütləvi cəzalandırmaya heç nə haqq qazandırmır"
  21 Aprel 2025    Oxunub:632
"Qəzza zolağında mülki əhali ağılasığmaz əzablara qatlaşmaqdadır. Tərəflər dərhal atəşkəs rejiminə qayıtmalıdırlar".
Bu ifadələr Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) "X"dəki hesabında diqqətə çatdırılır. Agentlik vurğulayır ki, Qəzzada hərbi əməliyyatlara tuş gələnlər yalnız mülki əhalidir.

"Əhalinin böyük əksəriyyəti günahsız uşaqlar, qadınlar və kişilərdir. Heç nə Fələstin xalqının kollektiv surətdə cəzalandırılmasına haqq qazandıra bilməz", - UNRWA bildirir.
BMT: "Qəzzada ən ağır bohranla üz-üzəyik"

Ötən günlərdə də Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) bəyanat yaymışdı ki, mart ayından bəri humanitar yardım blokadası altında qalmış Qəzzada ərzaq böhranı getdikcə daha da pisləşir.

"Uşaqlar gündə bir vaxt yeməyi güclə tapırlar. Son günlər müharibə başlayandan bəri ən pis humanitar böhran baş verməkdədir", - BMT bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   Qəzza   müharibə  





Xəbər lenti