Mərhum generalın məzarı ziyarət edildi

Mərhum generalın məzarı ziyarət edildi
  14 Fevral 2025    Oxunub:494
14 fevral 2025-ci il tarixində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tərəfindən II Fəxri Xiyabanda DSX rəisinin sabiq müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibəti ilə əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.
DSX-dan AzVision.az -a verilən məlumata görə, mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirmiş və xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti