Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq - SƏRƏNCAM
![Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq - SƏRƏNCAM
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq - SƏRƏNCAM](https://azvision.az/photos/2025/02/48ba4d1c-5d6a-4e1c-a99d-8381c22ccfcf_850jpg-1739535696-1739536759.jpg)
Sərəncamda bildirilir ki, Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Mədəniyyət Nazirliyinə görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
AzVision.az
Teqlər: Prezident sərəncam yubiley