Moskva "sülh konserti"nə hazırlaşır

// Məşhur müğənni "Hazırlaşın",- deyir

Moskva  "sülh konserti"nə  hazırlaşır
  15 Fevral 2025    Oxunub:1806
Moskva Ukraynada müharibənin bitməsi şərəfinə Qırmızı Meydanda konsert hazırlayır.
Bunu "Ansa" agentliyinə müsahibəsində dünyaca məşhur müğənni Albano Karrizi deyib.

İtaliyalı müğənninin sözlərinə görə, özü də Moskvadakı konsertdə iştirak etmək üçün dəvət alıb. "Avqustun sonu və ya sentyabrın əvvəlinə hazır olun, çünki biz sülh konserti verəcəyik",- Albano bildirib.

Albano müsahibəsində deyib ki, “hamımızın gördüyümüz xəbərlərdən, Putinlə Trampın söhbətindən belə nəticə çıxır ki, nəsə olub və olacaq”.

Qeyd edək ki, Albano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

Röya Əliyeva
AzVision.az


Teqlər: Hərb-və-Sülh  





Xəbər lenti