Amerika Rusiyanı Hindistan bazarında sıxışdırır
![Amerika Rusiyanı Hindistan bazarında sıxışdırır Amerika Rusiyanı Hindistan bazarında sıxışdırır](https://azvision.az/photos/2025/02/IKI-1739524362.jpg)
“ABŞ və Hindistan enerji sahəsində yeni razılaşmalar əldə ediblər. Baş nazirlə mən çox mühüm enerji sazişi əldə etdik. Vaşinqton yenidən Hindistana neft və qazın aparıcı təchizatçısına çevriləcəyinə ümidlidir”, - Amerika lideri deyib.
Bundan əlavə, ABŞ və Hindistan kiçik modul nüvə reaktorları sahəsində fəal əməkdaşlıq edəcəklər. Tərəflər həmçinin ticarət və tarif mübahisələrinin həllinə yönəlmiş danışıqlara başlamaq barədə razılığa gəliblər. Hindistan Amerikadan kənd təsərrüfatı məhsullarının alışını artırmağa və bəzi ABŞ mallarına rüsumları azaltmağa hazır olduğunu bildirib. 2025-ci ilin payızına qədər əhəmiyyətli irəliləyiş əldə edilməklə, yeddi ay ərzində razılığın əldə olunması gözlənilir.
Qeyd edək ki, OPEC-in “Vortexa” analitik agentliyinin məlumatına istinadən açıqladığı məlumata görə, Rusiya noyabrda Hindistanın ümumi neft idxalının 38%-ni ödəməklə bu ölkənin ən böyük tədarükçüsü olaraq qalıb.
Sahil İsgəndərov
AzVision.az