Cənubi Koreyada Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb

Cənubi Koreyada Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
  14 Fevral 2025    Oxunub:467
Cənubi Koreyanın paytaxtı Seulda Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Səfirliyinin qapısından içəri girməyə cəhd edən və binaya hücum etməyə çalışdığı iddia edilən 40 yaşlarında olan şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edilib ki, Marvel Komiksi olan Kapitan Amerikanın ikonik kostyumunu geyinən adam bu həftənin əvvəlində Seulda dövlət insan haqları təşkilatının binasında da görünüb.

AzVision.az



Teqlər:





Xəbər lenti