Kallas ABŞ-nin Aİ-yə yanaşmasından məyusdur

“Vəziyyətə Aİ nöqteyi-nəzərindən baxsanız, hətta Aİ liderləri də Donald Tramp administrasiyasının nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirməyiblər. Bəlkə də ona görə ki, Amerika bir qurum olaraq Aİ-yə o qədər də önəm vermir”, - Kaya Kallas ABŞ-nin Dövlət katibi Marko Rubio ilə niyə indiyədək şəxsi görüş təşkil edə bilməməsi ilə bağlı sualı belə cavablandırıb.
Bununla belə, o, Marko Rubio ilə bir neçə dəfə telefonla danışdığına da diqqət çəkib.
Daha əvvəl Rubionun onunla görüşü ləğv etməsinə toxunan Kallas Brüsselin və Vaşinqtonun müttəfiq olaraq qaldıqlarını vurğulayıb. Lakin, onun iddiasına görə, Avropa öz mövqeyini gücləndirməlidir ki, amerikalılar onu güclü tərəfdaş kimi qəbul etsinlər.
Sahil İsgəndərov
AzVision.az