"Taurus" cəbhədə vəziyyəti dəyişə biləcəkmi?

   "Taurus" cəbhədə vəziyyəti dəyişə biləcəkmi?
  17 Aprel 2025    Oxunub:861
Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü klassik artilleriya mərmilərindən fərqli olaraq cəbhədəki vəziyyətə təsir etməyəcək.
AzVision.az xəbər verir ki, Almaniyanın “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Papperger “Handelsblatt” nəşrinə müsahibəsində belə deyib.

“Bu raketlərin verilməsi müharibədə heç nəyi dəyişməyəcək. Onlar vəziyyətin dəyişməsinə imkan verməyəcəklər. Bundan əlavə, Ukraynanın da artıq oxşar mənzilli qanadlı raketləri var”, - Papperger bildirib.

"Taurus" Kiyevə Krım körpüsünün vurulması üçün verilir - "Financial Times"
Onun sözlərinə görə, cəbhədəki dəyişikliklərə artilleriya mərmiləri real töhfə verə bilər. Yalnız bu mərmilər dönüş yaratmağa qadirdir.

Xatırladaq ki, kansler olacağı təxmin edilən Xristian Demokrat İttifaqının lideri Fridrix Merts aprelin 13-də Aİ üzrə tərəfdaşları ilə razılaşma şərti əsasında Kiyevə “Taurus”ların tədarükünə icazə verəcəyini açıqlayıb.

Yeri gəlmişkən, hökumətdəki mənbələr istinad edən “The Telegraf” qəzeti Böyük Britaniyanın Fridrix Mertsin qərarını dəstəklədiyini yazıb.

Qeyd edək ki, Kiyev uzun müddətdir bu raketlərin verilməsində israrlıdır. “Taurus” artıq Ukrayna Silahlı Qüvvələrinin (USQ) istifadə etdiyi Britaniya istehsalı olan “Storm Shadow” analoqu sayılır. Lakin Alman-İsveç əməkdaşlığı sayəsində yaradılmış “Taurus” daha uzaq məsafəyə zərbə endirmək imkanına malikdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Papperger  





Xəbər lenti