Kiyev A İ ilə ticarət əlaqələrini xilas etməyə çalışır

“Şəkər və ya quş əti baxımından ciddi nə isə tələb etmirik. Biz qismən liberallaşmaya hazırıq – söhbət həcmlərdən gedir. Biz xarici iqtisadi siyasətin qəfil və birtərəfli şəkildə dəyişdiyi Donald Tramp dövründəki Amerika yanaşmasının təkrarlanmasını istəmirik. Aİ ilə danışıqların ləngiməsinə baxmayaraq, onlar konstruktiv şəkildə davam edir. Bu, Trampın sadəcə nəyəsə imza atdığı və dərhal ABŞ-də siyasətin kimi deyil”, - Kaçka deyib.
Nəşrin məlumatına görə, bəzi Aİ ölkələrində siyasi həssaslıqlar irəliləyişə mane olur. Hətta yüngül düzəlişlər ağrılı kimi qəbul oluna və düşmən təbliğatı tərəfindən istifadə edilə bilər. Kiyev kiçik və orta ölçülü ixracatçılara, xüsusən də lokal sahələrə xüsusi diqqət yetirir.
- Bəzi şirkətlər cəmi bir neçə min ton ixrac edir. Onlar statistikada görünmürlər, lakin bir gecədə qaydalar dəyişərsə, ciddi zərər alacaqlar”, - Ukrayna nümayənədsi diqqətə çatdırıb.
Ehtiyat variant kimi Kiyev “vizasız ticarət” rejimini ilin sonuna qədər uzatmaq təklifini versə də, Aİ bu ehtimalı indiyədək istisna edib.
Kiyev danışıqların üçüncü ölkə ilə deyil, gələcək Aİ üzvü kimi aparılmalı olduğunda israrlıdır. Taras Kaçka bu müzakirələrin Aİ-nin ümumi kənd təsərrüfatı siyasətinin bir hissəsi olmazı zərurətini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az