Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edilib

   Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edilib
  15 Aprel 2025    Oxunub:701
Hesablama Palatasının apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində Dənizkənarı Bulvar İdarəsi və onun tabeliyindəki qurumlarda dövlət vəsaitləri və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub.
Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir. Sənədə əsasən, hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti