![]() |
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər |
Bundan əlavə, ABŞ-nin kommersiya maraqları da bu məsələdə mühüm rol oynayır: "Çünki dövlət başçısı Donald Tramp əsas iqtisadi perspektivləri Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən qurulmasında görür".
Xatırladaq ki, ötən ay “Reuters” agentliyində də oxşar məqalə dərc olunmuşdu. Nəşr iddia edib ki, Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi planlarını araşdırır. ABŞ prezidentinin administrasiyası məhdudiyyətləri yumşaltmaq planlarını geniş şəkildə nəzərdən keçirir.
Aprelin 15-də Tramp sələfi Cozef Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinin müddətini bir il müddətinə uzadılmasını nəzərdə tutan sərəncam imzaladı. Söhbət 14024 saylı sərəncamdan gedir. Sənəd 2021-ci il aprelin 15-də qəbul edilib. Rusiya əvvəlcə ABŞ-yə qarşı kiberhücumlarda, seçkilərə müdaxilədə, sanksiyalardan yayınmada və s. məsələlərdə ittiham olunurdu. Daha sonra Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı geniş məhdudiyyətlər tətbiq edildi.
Tural Tağıyev
AzVision.az