Binəqədidə saxta viski və tekilalar aşkarlanıb

Binəqədidə saxta viski və tekilalar aşkarlanıb
  16 Aprel 2025    Oxunub:651
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fiziki şəxs Qaraqurbanlı Rəşad Xanlar oğluna məxsus “Pub 008” ictimai iaşə obyektində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzVision.az -a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0,7 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 4 ədəd 0,5 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 0,7 litrlik, 4 ədəd 0,5 litrlik “Jack Daniel`s” əmtəə nişanlı viski aşkarlanıb.

İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki “LOT” kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin həmin alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib.

Faktla bağlı inzibati icraata başlanıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti