![]() |
ABŞ kosmosda silah yerləşdirir - Generaldan çağırış |
"Nəzəri olaraq silah "SpaceX"in 7000 peykindən hər hansı birinə də hədəflənən bilər",- ekspert qeyd edib.
Samsonun sözlərinə görə, Rusiya hətta belə bir raketi nüvə başlıqları ilə təchiz etmək gücündədir: “Hər bir kosmik aparat "Nudol"un əhatə dairəsinə düşür. Beynəlxalq Kosmik Stansiyadan tutmuş, "SpaceX"in "Starlink" peyklərinə qədər nişangaha gələ bilərlər. Bura həmçinin ukraynalılara Rusiya tanklarının və hərəkətdə olan təhlükəli raket briqadalarının heyrətamiz, yüksək keyfiyyətli fotoşəkillərinin çəkib atan "Planet Labs" kosmik aparatı da aiddir".
Aprelin 12-də NATO-nun baş katibi Mark Rutte Almaniyanın “Welt am Sonntag” nəşrinə müsahibəsində kosmik silahlardan danışmışdı. O, Rusiya Federasiyasının kosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirdiyini və ondan Qərb ölkələrinin kosmik peyklərinə qarşı istifadə edə biləcəyini deyib.
Həmçinin, bir neçə gün öncə ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq də oxşar mövzuda diqqət çəkən açıqlamalar vermişdi.
"Artıq vaxt yetişdi. Açıq şəkildə bəyan edə bilərik ki, bizə kosmosda atəş, zərbə gücü və silah sistemləri lazımdır. Bizə həmçinin orbitdə zəbtedici qurğular da lazımdır. Bu silahlar kosmos münaqişəsinin qarşısını almaq və konfliktə girdiyimiz təqdirdə uğurlu olmaq üçün gərəkir", - general Rusiyanın adını çəkmədən deyib.
1967-ci ildə imzalanmış Kosmos Müqaviləsinə əsasən, ölkələr yer planetindən kənarda heç bir kütləvi qırğın silahı yerləşdirə bilməzlər. Müqavilədə digər silah növləri göstərilməyib.
Ötən il də Rusiyanın kosmosda silah yerləşdirməyə hazırlaşması barədə məlumatlar yayılırdı. Əslində isə Moskvanın kosmosda silah yerləşdirməməklə bağlı 2004-cü ildən xüsusi təşəbbüsü var. “The New York Times” qəzetinin iddiasına görə, Rusiyanın növbəti addımı bu müqavilədən çıxmaq ola bilər.
Tural Tağıyev
AzVision.az