"Azercell"in dəstək verdiyi yarışın final mərhələsi keçirildi

"Azercell"in dəstək verdiyi yarışın final mərhələsi keçirildi
  17 Aprel 2025    Oxunub:740
"Azercell"in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi baş tutub.

"Unikal" xəbər verir ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın yekun mərhələsi ADA Universitetində keçirilib. Müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.

İştirakçılar Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində işləyiblər. Müsabiqənin final mərhələsində yarışmaya vəsiqə qazanmış 4 komanda hazırladıqları biznes həllərini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə nəticəsində birinci yerin qalibi Team 16 (ADA Universiteti) komandası elan edilib. İkinci yerin sahibi Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti), üçüncü yerə isə Team 14 (Azərbaycan Dövlət İqtisad Universiteti) layiq görülüb. Qalib komandalar müvafiq olaraq 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.

Qeyd edək ki, layihəyə yanvar ayında start verilib və ümumilikdə 91 komanda qeydiyyatdan keçib. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti