![]() |
Makronun Fələstin planının arxasında nə dayanır? - Ekspertlərin şərhi |
Qeyd edək ki, Avropa ölkələri Ukrayna münaqişəsinin həlli üçün aktiv danışıqlar aparır. Aprelin 17-də Parisdə müxtəlif ölkələrdən olan siyasətçilərlə, o cümlədən ABŞ, Avropa İttifaqının(Aİ) rəhbərləri, Böyük Britaniya, Ukrayna nümayəndə heyəti ilə görüşlər keçirilib. Yelisey Sarayı yaydığı bəyanatda danışıqları “məhsuldar və konstruktiv” adlandırıb. Emmanuel Makron sülhə nail olmaq üçün “səyləri ikiqat artıracağına” söz verib.
“Reuters” agentliyi də diqqət çəkən məlumat yayıb. Belə ki, ABŞ-nin Dövlət katibi Marko Rubio aprelin 17-də Parisdə Avropa İttifaqı və Ukrayna nümayəndələri ilə görüşdən sonra gözlənilməz bəyanat səsləndirib. O deyib ki, əgər bir neçə günə Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə edilə biləcəyinə dair aşkar əlamətlər olmasa, ABŞ bu yöndə vasitəçilik cəhdlərini dayandıracaq.
Tural Tağıyev
AzVision.az