HƏMAS: "Məsləhətləşmələr başa çatmaq üzrədir"

      HƏMAS:    "Məsləhətləşmələr başa çatmaq üzrədir"
  17 Aprel 2025    Oxunub:942
Fələstinin HƏMAS qruplaşması diqqətə çatdırıb ki, İsrail ilə atəşkəs və əsir mübadiləsi üzrə vasitəçilərin (ABŞ, Misir və Qətər) irəli sürdükləri saziş təklifi ilə əlaqədar daxili məsləhətləşmələr "yekunlaşır".
Bu barədə qruplaşmanın adları gizli saxlanılan iki nümayəndəsi "Agence France-Presse" xəbər agentliyinə açıqlamasında danışıb. Onlar vurğulayıblar ki, vasitəçilərə tezliklə cavab veriləcək.
HƏMAS: "48 saat ərzində təklifə cavab verəcəyik"

Xatırladaq ki, Misirin Dövlət İnformasiya Xidmətinin sədri Ziya Rəşvan yerli mətbuata verdiyi müsahibədə münaqişənin həlli üzrə səylərin "özünü doğrultduğunu".diqqətə çatdırıb. Onun sözlərinə görə, İsrail ilə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi sazişi üzrə yeni danışıqlarda müsbət irəliləyiş var.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   müharibə   atəşkəs   danışıqlar  





Xəbər lenti