AfD Almaniyanın ən məhur partiyasıdır

   AfD Almaniyanın ən məhur partiyasıdır
  09 Aprel 2025    Oxunub:749
İfrat sağçı “Almaniya üçün Alternativ (AfD)” tarixdə ilk dəfə olaraq Xristian-Demokratlar İtitfaqı və Xristian-Sosialistlər İttifaqı (CDU/CSU) blokunu geridə qoyaraq Almaniya siyasi partiyalarının reytinqində birinci olub.
AzVision.az xəbər verir ki, “İpsos” şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, respondentlərin 25%-i AfD-ni, 24%-i isə mühafizəkarları dəstəkləyib.

Sorğu aprelin 4-dən 5-dək 1000 respondent arasında keçirilib. Onlardan Almaniya parlamentinə (Bundestaq) növbəti seçkilər olacağı təqdirdə kimə səs verəcəkləri soruşulub.

“Almaniya Sosial-Demokrat Partiyasını (SPD) əvvəlki kimi respondentlərin 15%-i, “Yaşıllar”ın və “Sollar”ın hər birini isə 11%-i dəstəkləyir. Rəyi soruşulanların 5%-dən azı Azad Demokrat Partiyasını (FDP) və Sara Vaqenknext İttifaqını (BSW) dəstəkləyib ki, bu da Almaniya parlamentinə keçmək üçün yetərli deyil”, - “Welt am Sonntag” nəşri soröuların nəticələrinə istinadən yazır.

Xatırladaq ki, fevralın 23-də Bundestaqa keçirilən növbədənkənar seçkilərdə CDU/CSU bloku 28,5% səs toplayıb. Tarixdə ilk dəfə ikinci yeri 20,8% ilə AfD, üçüncü yeri isə SPD tutub. “Yaşıllar” və “Sollar” 11,6% və 8,8% nəticə göstəriblər. Cəmi 4,972% etimad qazanan BSW isə parlamentdən kənarda qalıb.

Hazırda Mühafizəkarlar və Sosial-Demokratlar hakim koalisiya yaratmaq üçün danışıqlar aparır. Uzun sürən müzakirələr və Almaniyanın gələcək kansleri Fridrix Mertsin bəzi seçki vədlərini verməkdən imtina etməsi səbəbindən müxtəlif sorğulara görə onun reytinqi aşağı düşməyə başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: AfD   lider  





Xəbər lenti