Trampın "pauza" qərarına kim təsir göstərib? - NYT

   Trampın "pauza" qərarına kim təsir göstərib?    - NYT
  10 Aprel 2025    Oxunub:645
ABŞ prezidenti Donald Trampın idxal rüsumlarının artırılmasını təxirə salması qərarında əsas rolu ABŞ-nin Maliyyə naziri Skott Bessent oynayıb.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Times (NYT)” qəzetinin yazdığına görə, Trampla qapalı görüşdə Bessent tarif siyasətinin son məqsədinin bazarlara təsiri zərurətinin vacibliyini vurğulayıb və Amerika liderini diqqətini digər ölkələrlə danışıqlara yönəltməyə çağırıb.

“Prezident “ağrının qısamüddətli olacağını” əsas gətirərək bu təklifə qarşı çıxıb. Lakin Bessent qeyd maliyyə bazarları baxımından söhbət “çox aylar”dan gedə bilər. Amerika administrasiyasının əksər üzvləri kursun dəyişməsindən son anda xəbər tutublar. Çünki hələ aprelin 9-da səhər saatlarında Tramp əvvəlki plandan əl çəkmək niyyətində olmadığını bildirdi. Amma artıq həmin günün axşam saatlarında 90 günlük fasilə elan etdi”, - NYT yazır.

ABŞ-nin ticarət danışıqlarında nümayəndəsi Ceymson Qrir Trampın qərarından Ağ Ev rəhbərinin ilkin planını Nümayəndələr Palatasında müdafiə etdiyi çıxışı vaxtı xəbər tutduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Bessent   qərar  





Xəbər lenti