Əlini yuyan sürücüyə pantera hücum etdi - VİDEO

Əlini yuyan sürücüyə pantera hücum etdi    - VİDEO
  08 Aprel 2025    Oxunub:915
Malayziyada maraqlı hadisə baş verib. Nadir vəhşi heyvan növlərindən sayılan pantera yolun kənarında dayanan yük maşınının sürücüsünə hücum edib.
Bu barədə scmp.com saytı məlumat yayıb.

Timsah futbolçunu yedi
"İki uşaq atası olan Tuanku Cafar üç günlük müalicədən sonra xəstəxanasından evə buraxılıbmış. O, Jelebuya toyuq yemi çatdırdıqdan sonra Kuala Lumpura qayıdarkən arzuolunmaz hadisə ilə rastlaşıb. Sürücü yük maşınının sazlığını yoxlamaq, ətrafına nəzər salmaq eləcə də dincəlmək üçün üçün Bukit Tang yaxınlığında dayanıbmış. Bu zaman məlum insidentlə üzləşib", - məlumatda deyilir.

Qeyd edilib ki, kişi əllərini yuyan zaman panteranın hücumuna məruz qalıb. İddia olunur ki, kişi vəhşi heyvanın ağzına şüşə su qabını soxa bildiyi üçün onunla uğurla mübarizə apara bilib. Hadisənin görüntüsü yoldan geçən avotmobillərədn birinin avtoreqistratoru tərəfindən çəkilib. Videoda həmçinin digər avtomobilin sürücüsünün maşınını saxlayıb zərərçəkənin köməyinə gəlməsi əks olunub.
"Həkimlər sürücünün başına 30-dan çox tikiş qoyublar. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb", - sayt yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Pantera   Sürücü  





Xəbər lenti