Türkiyədə və Avropada iri miqyaslı əməliyyat keçirilib

Türkiyədə və Avropada iri miqyaslı əməliyyat keçirilib
  15 Aprel 2025    Oxunub:455
Bu gün beş ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizə istqamətində həyata keçirilən genuişmiqyaslı əməliyyat çərçivəsində əksəriyyəti Türkiyədə olmaqla 200-dən çox adam həbs edilib.
AzVision.az “Frans Press Agentliyinə (AFP)” istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerliqaya keçirdiyi mətbuat konfransında beş ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə genişmiqyaslı əməliyyatın baş tutduğunu açıqlayıb.

“Bu gün səhər saatlarında mütəşəkkil cinayətkar qrupun 9-u xaricdə, 225-i isə vətənində olmaqla ümumilikdə 234 yüksək rütbəli üzvü saxlanılıb. Reydlər eyni vaxtda Hollandiya, Almaniya, İspaniya, Belçika və Türkiyədə həyata keçirilib”, - Türkiyə DİN-in rəhbəri bildirib.

Əməliyyatdan əvvəl rəsmilər Fransa və İngiltərə də daxil olmaqla bir sıra ölkələrlə sənədlərlə bölüşüblər. Əməliyyat nəticəsində 21,2 tona yaxın narkotik vasitə müsadirə edilib.

- Biz beynəlxalq miqyasda nəhəng bir strukturla qarşılaşmışıq. Onun üzvləri narkotiklərin qanunsuz dövriyyəsindən tutmuş çirkli pulların yuyulmasına qədər müxtəlif cinayətlərdə ittiham olunurlar”, - Əli Yerliqaya vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Avropa   əməliyyat  





Xəbər lenti