Azərbaycanın gələn il büdcəsindən təhsil, kənd təsərrüfatı və ətraf mühitə ayrılan vəsait artırılacaq
-1744738920.jpg)
Sənədə əsasən, təhsil sektoru üzrə 11 proqramın icrası üçün 5 milyard 063,2 milyon manat, kənd təsərrüfatı sektoru üzrə 8 proqram üçün 1 milyard 180,6 milyon manat, ətraf mühitin mühafizəsi sektoru üzrə isə 6 proqram üçün 424,8 milyon manat vəsait nəzərdə tutulur.
Ortamüddətli dövrün sonuna bu məbləğlərin artması proqnozlaşdırılır, Belə ki, təhsil sektorunda 5 milyard 302,5 milyon manat (dövrün əvvəlinə nisbətən 239,3 milyon manat çox), kənd təsərrüfatında 1 milyard 215,2 milyon manat (34,6 milyon manat artım), ətraf mühitin mühafizəsində isə 454,3 milyon manat (29,5 milyon manat artım).
“Ortamüddətli dövrdə aparılacaq islahatların miqyasının genişləndirilməsi planlaşdırılır. Bu çərçivədə sektorlarda əsaslı vəsait qoyuluşu xərclərinin nəticəəsaslılığına xüsusi diqqət yetiriləcək. Eyni zamanda, aidiyyəti qurumların administrativ (xüsusilə ildən-ilə təkrarlanan saxlanma) xərclərinin standartlaşdırılması və avtomatlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - hesabatda deyilir.
AzVision.az
Teqlər: