Uitkoff: "İranla razılaşma yalnız nüvə proqramının tam ləğvi halında mümkündür"
O qeyd edib ki, İranla əldə ediləcək potensial razılaşma Prezident Donald Trampın siyasətlərinə uyğun şəkildə qurulmalıdır. Uitkoff Tehranın nüvə proqramının aradan qaldırılmasının vacibliyini vurğulayıb.
“İranla saziş yalnız Trampın razılaşması olduqda tamamlanacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifah üçün çərçivə yaratmalıdır. Bu o deməkdir ki, İran nüvə zənginləşdirmə və silahlaşdırma proqramını dayandırmalı və ləğv etməlidir. Dünya üçün ədalətli bir razılaşma yaratmaq vacibdir. Trampın məndən istədiyi budur”, - Uitkoff bildirib.
AzVision.az
Teqlər: