Tramp Çinə qarşı tarifləri rekord həddə çatdıra bilər

   Tramp Çinə qarşı tarifləri rekord həddə çatdıra bilər
  16 Aprel 2025    Oxunub:356
Ağ Ev bildirir ki, 75-dən çox ölkə ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü tariflərlə əlaqədar danışıqlara girməyə hazırdır. Rəsmi Pekin isə "ortaq məxrəcə gəlmədiyi" üçün Prezident Çindən idxal tarifini 245%-dək artırmağı planlaşdırır.
Ağ Evin məlumatına əsasən, Donald Tramp tarifləri artırmaqla bağlı qərarı "fürsətləri bərabərləşdirmək və ABŞ-nin milli təhlükəsizliyini qorumaq" məqsədi daşıyır. Danışıqlar aparmaq istəyən ölkələr üçün yüksək tarif tətbiqi artıq dayandırılıb. Halbuki Çin nəinki uzlaşmağa çalışmır, əksinə, cavab tədbirləri görür.

"Rəsmi Pekin cavab tədbirlərində israrlı davranarsa, ABŞ-yə idxalda 245%-dək gömrük rüsumu ilə üzləşəcək", - məlumatda vurğulanır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə ticarətdə qarşılıqlı tariflər irəli sürüb. Qərara əsasən, o, əsas tarif dərəcəsini 10% müəyyənləşdirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Çin   tarif-müharibəsi  





Xəbər lenti