Bakı Şin Zavodunun fasadındakı mozaika bərpa olunub

Bakı Şin Zavodunun fasadındakı mozaika bərpa olunub
  15 Aprel 2025    Oxunub:440
Bakı Şin Zavodunun fasadındakı mozaika bərpa olunub.
AzVision.az xəbər verir ki, genişmiqyaslı bərpa işləri Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə baş tutub.

Artıq Bakının bir neçə məkanında – Nəsimi rayonunda, Tbilisi prospekti 54 ünvanında, Xəzər rayonunda Zaqulba prospektində yerləşən sanatoriyanın yaxınlığında, eləcə də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən monumental mozaika nümunələri də bərpa olunub.

Bu işlər bir sıra digər ünvanlarda da davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti