Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərti açıqlanıb

   Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərti açıqlanıb
  16 Aprel 2025    Oxunub:465
“Amerikanın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması Ukraynada atəşkəslə əlaqələndiriləcək”.
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib. “Qan dayanana qədər heç bir müzakirə, qərar və razılaşma olmayacaq”- o, vurğulayıb.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin keçmiş yüksək vəzifəli məmuru Deniel Frid “Voll Strit Jurnal”a deyib ki, departament Maliyyə Nazirliyi ilə birlikdə anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi variantlarını öyrənir. Nəşr qeyd edib ki, qurumlar bu variantı Amerika lideri Rusiyanın Ukraynadakı münaqişənin həllində maraqlı olmadığına inanacağı halda tətbiq etmək üçün nəzərdən keçirir.


AzVision.az



Teqlər:





Xəbər lenti