Orta illik inflyasiya 5.6% təşkil edib

Orta illik inflyasiya 5.6% təşkil edib
  10 Aprel 2025    Oxunub:619
2025-ci ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 faiz təşkil edib.
Bu barədə AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti