Kreml Aİ-nin ultimatumuna münasibət bildirib

   Kreml Aİ-nin ultimatumuna münasibət bildirib
  10 Aprel 2025    Oxunub:728
Baş nazirin müavini Aleksandr Vulini yeni hökumətə daxil etməmək üçün Serbiyaya verdiyi ulimatumla Avropa İttifaqının (Aİ) özü demokratik standartları pozur.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.

“Avropalılar bunu etməməlidir. Onlar özləri həmişə demokratiya adlandırdıqları standartlardan kənara çıxırlar”, - Kremlin sözçüsü Brüsseldən Belqrada təzyiqlər barədə sualı cavablandırarkən vurğulayıb.

Bundan əvvəl məlum olub ki, Aİ Serbiyadan ölkənin baş nazirinin müavini Vulini yeni hökumətdən uzaqlaşdırmağı tələb edib. Eyni zamanda, Rusiyanı dəstəkləyən sözlərə və Qərb ölkələrini tənqid etməsinə görə Aİ-nin siyasətçinin sanksiya siyahısına salınması prosesinə başladığı bildirilir.

Xatırladaq ki, ötən il noyabrın 3-də Vulin ABŞ-nin sanksiyaları təhlükəsi fonunda artıq Serbiya Təhlükəsizlik və İnformasiya Agentliyinin (BİA) rəhbəri vəzifəsindən istefa verib. O, Vaşinqtonun təzyiqini I Dünya Müharibəsi başlamazdan əvvəl Avstriya-Macarıstan imperiyasının Serbiyaya verdiyi ultimatumla müqayisə edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Peskov     Serbiya  





Xəbər lenti