Şolz siyasətdən getmək niyyətindədir

Şolz siyasətdən getmək niyyətindədir
  14 Fevral 2025    Oxunub:464
Almaniya hökumətinin başçısı Olaf Şolz kanslerliyini başa vurduqdan sonra karyerasını davam etdirmək istəmədiyini bildirib.
AzVision.az “F.A.Z.” nəşrinə istinadən xəbər verir ki, fevralın 23-də keçiriləcək seçkilər ərəfəsində Olaf Şolz “Jung&Naiv” podkastında hələlik kansler kimi qalacağını düşündüyünü bildirib.

“Ancaq mənim nöqteyi-nəzərimdən, bundan sonra fərqli bir şey olacağı görünmür. Kanslerlikdən sonra yenidən tamamilə normal bir vətəndaş olmaq istəyirəm”, - Almaniya hökumətinin rəhbəri vurğulayıb.

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən Almaniyanın keçmiş kansleri Gerhard Şröderin bu vəzifədən getdikdən sonra da işləməyə davam etməsi ilə bağlı suala Scholz “Düşünürəm ki, mənim üçüç, elə başqaları başqaları üçün də bu barədə söhbət ola bilməz!” cavabını verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şolz   siyasət   gediş  





Xəbər lenti