Şolz fövqəladə vəziyyət elan etməyi düşünür

Şolz fövqəladə vəziyyət elan etməyi düşünür
  14 Fevral 2025    Oxunub:531
Almaniya kansleri Olaf Şolz Bundestaqı ölkədə fövqəladə vəziyyət tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, belə bir tədbir son 24 saat ərzində baş verən hadisələr və ABŞ-nin Ukrayna ilə bağlı bəyanatları fonunda zəruridir.
AzVision.az xəbər verir ki, kansler Şolz Bundestaqı təcili olaraq Ukraynadakı müharibəni fövqəladə vəziyyət kimi tanıyan qətnamə qəbul etməyə çağırıb.

Onun fikrincə, bu, hökumətin digər xərclərinə xələl gətirmədən müdafiə üçün əlavə vəsait ayrılmasına imkan verəcək.

“Bu, o deməkdir ki, bu gün həmişəkindən daha vacib olan Ukraynaya dəstəyimiz bundan sonra dövlətimizin öz vətəndaşları ilə bağlı yerinə yetirməli olduğu digər vəzifələr hesabına edilməyəcək”, - Şolz bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   fövqəladə   vəziyyət  





Xəbər lenti