Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Aprelin 20-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunacaq Azərbaycan Mədəniyyəti Günləri iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçiriləcək tədbirlə bağlı ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər edəcəklər.
Nazirlikdən AzVision.az -a bildirilib ki, Qırğızıstan paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.
Qeyd edək ki, ölkəmizdə Qırğız Mədəniyyəti Günləri 2024-cü ilin aprelində keçirilib.
AzVision.az
Teqlər: