Mədəniyyət Nazirliyi 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib
![Mədəniyyət Nazirliyi 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib Mədəniyyət Nazirliyi 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib](https://azvision.az/photos/2025/02/images-1739541116.jpg)
Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların öyrənilməsinə üstünlük verilib.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar, qanun, qarmon, kamança və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının inkişafına və peşəkar musiqi təhsili ilə təmin edilməsinə yönəlib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış olmaq üçün link: https://shorturl.at/wL6gU
AzVision.az
Teqlər: