Ceyhun Bayramov Münhendə qvineyalı həmkarı ilə görüşüb

   Ceyhun Bayramov Münhendə qvineyalı həmkarı ilə görüşüb
  15 Fevral 2025    Oxunub:396
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Münhendə Qvineyanın Xarici İşlər, beynəlxalq əməkdaşlıq, afrikalıların inteqrasiyası və xaricdəki qvineyalılar üzrə naziri Morissanda Kuyate ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda dialoq zamanı iqtisadiyyat, ticarət, təhsil sahələrində əməkdaşlıq potensialı, həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi müzakirə olunduğu bildirilir.

AzVision.az


Teqlər: Bayramov   Münhen   görüş  





Xəbər lenti