Avropanın Ukrayna ilə bağlı gizli planı
// Qoca qitə tək döyüşməyə hazırlaşır

Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib ki, Avropa İttifaqı (Aİ) plan hazırlamazdan əvvəl Ukraynadakı təmas xəttinin harada olacağını göz önünə gətirməlidirlər. Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna cəbhə xəttindəki qüvvələrini hər iki tərəfdən “bir neçə minlik” əsgərə qədər ixtisar etsələr, o zaman Avropa qoşunlarının orada yerləşdirilməsini təmin etmək problem deyil, amma qızğın münaqişə olarsa, vəziyyət daha da mürəkkəbləşəcək.
AP yazır ki, Avropa hərbi kontingentinin böyüklüyü sülh sazişinin şərtlərindən asılıdır. Ukrayna prezidenti Vladimir Zelenski təkidlə azı 100-150 min hərbçi istəyir. Mətbuatda 30-40 min hərbçi haqqında fərziyyələr var, lakin Avropa rəsmiləri bu rəqəmləri təsdiqləməyib. Agentlik hesab edir ki, Aİ "böyük miqyaslı qüvvələr toplamağa çətinlik çəkəcək və əlbəttə ki, buna vaxt lazımdır".
Bir gün əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Rusiya münaqişəni həll etməkdən imtina edərsə, Amerika qoşunlarının Ukraynaya göndəriləcəyini demişdi. Lakin sonradan onun sözlərinə təkzib gəldi. Pentaqon ABŞ hərbçilərinin Ukraynaya yerləşdirilməsini istisna edib.
Röya Əliyeva
AzVision.az
Teqlər: