Gürcüstanda müxalif telekanal işini dayandırıb
![Gürcüstanda müxalif telekanal işini dayandırıb Gürcüstanda müxalif telekanal işini dayandırıb](https://azvision.az/photos/2025/02/TELL-1739624691.jpg)
“Canlı yayımlanan və gündəlik əlavə xərclərlə bağlı olan bütün yayımlar dayandırılıb. Gündəlik əməliyyatlarımız üçün vəsaitimiz qalmayıb”, - telekanalın yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Gürcüstan İctimai Yayımçısı istisna olmaqla, ölkədəki bütün televiziya kanalları onun siyasətini müəyyənləşdirən özəl sahiblərə məxsusdur.
“Mtavari Arxi” telekanalı hökumətə müxalifətdə olan Zaza Okuaşvili və böyük müxalifət partiyası “Dəyişikliklər Koalisiyası”nın hazırkı lideri Nika Qvaramiya tərəfindən yaradılıb. Qvaramiya 2024-cü ildə siyasətlə məşğul olmaq qərarına gələndə telekanalın baş direktoru vəzifəsindən istefa verib.
Müxalifət telekanalları arasında ən yüksək reklam gəlirinə malik olan “Mtavari Arxi”-nin təkcə 2024-cü ildə gəlirləri təxminən 10 milyon lari (3,5 milyon ABŞ dolları) təşkil edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Gürcüstan telekanal bağlanma