Göygöldə kişi arvadının qulağını kəsmək istədi

Göygöldə kişi arvadının qulağını kəsmək istədi
  14 Fevral 2025    Oxunub:497
Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:

"Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək".

AzVision.az



Teqlər:





Xəbər lenti