"Hədə-qorxu gələn düşmən unudur ki, bu, bizim uşaqlarımızın yaddaşına həkk olur. Sən yüz yıxsan, onlar min quracaqlar", - o vurğulayıb.
WP: "İsrail İrana qarşı hücuma hazırlaşır" |
Xatırladaq ki, bu gün "The Washington Post" və "The Wall Street Journal" qəzetləri, ABŞ-nin kəşfiyyat hesabatlarına əsasən, İsrailin İrana gözlənilən hücumu barədə xəbər yayıblar. Məlumata görə, İsrail yay aylarınadək İranın nüvə obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirməyi planlaşdırır".
"Sözügedən hücum, şübhəsiz ki, İranın nüvə proqramını ciddi mənada sarsıdacaq, regionda gərginliyi artıracaq", - "The Washington Post" yazır.
Hesabatlar arasında ABŞ Birləşmiş Qərargahının Kəşfiyyat İdarəsi və Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) "proqnoz"u xüsusi diqqət çəkir. Bu hesabatda xəbərdarlıq verilir ki, İsrailin İranın "Fordo" və "Nətənz" nüvə obyektlərinə hücum cəhdi istisna deyil. Qəzet bildirir ki, Ağ Ev, habelə CIA və digər kəşfiyyat orqanları, eyni zamanda, İsrail hökuməti bu xəbərə şərh verməkdən imtina edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Hyuz qəzetə yalnız bildirib ki, ABŞ Prezidenti Donald Tramp "İranın nüvə silahı yaratmasına imkan verməyəcək".
"Prezident ABŞ-nin İranla uzunmüddətli problemlərinin sülh yolu ilə həlli məqsədilə danışıqlara üstünlük verir, amma İran razılığa gəlmək istəməsə, o, çox da səbirli davranmayacaq", - sözçü deyib.
Firudin Həmidli
AzVision.az