Petro Poroşenko sanksiyalar altına düşdü
![Petro Poroşenko sanksiyalar altına düşdü Petro Poroşenko sanksiyalar altına düşdü](https://azvision.az/photos/2025/02/PETT-1739428094.jpg)
“Ukrainskaya pravda” qəzetinin mənbələri, o cümlədən Poroşenkoya yaxın olan mənbələr, keçmiş prezidentə qarşı sanksiyaların tətbiq olunduğunu təsdiqləsələr də, başqa heç bir təfərrüat açıqalamayıblar.
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 12-nin yekunlarına dair müraciətində MTMŞ-nin iclasında qəbul edilən qərarın fevralın 13-də dərc olunacağının bildirib. Lakin hansı qəraraı nəzərdə tutduğunu dəqiqləşdirməyib.
“Biz dövlətimizi müdafiə və ədaləti bərpa edirik: Ukraynanın milli təhlükəsizliyini pozan və Rusiyaya kömək edən hər kəs cavab verməlidir. Faktiki olaraq Ukraynanı, Ukraynanın maraqlarını, Ukraynanın təhlükəsizliyini satmaqla qazanılan milyardlar bloklanmalı bloklanmalı, Ukraynanı və ukraynalıları qorumaq üçün işləməlidir. Bu belə də olacaq. Mütləq”, - Zelenski MTMŞ-nin iclası haqqında danışarkən deyib.
Ukraynanın sabiq prezidenti, “Avropa həmrəyliyi” partiyasının lideri Petro Poroşenko, öz növbəsində, MTMŞ-nin ona qarşı sanksiyalar tətbiq etmək qərarını “daxili birliyə böyük zərbə” adlandırıb: “Bu gün Zelenski komandamızın 2022-ci ilin fevralından davamlı olaraq sadiq qaldığı və təcavüzkara qarşı mübarizədə əsas silahımız olan daxili birliyə böyük zərbə vurdu”.
MTMŞ-nin qərarını “anti-konstitusion” və “siyasi motivli” akt kimi qiymətləndirən Poroşenko bu qərarın sifarişçisinin, icraçısının və imzaçısının şəxsən prezident Volodimir Zelenski olduğunu iddia edib.
- Prezidentliyin altıncı ilinin sonu hər şeyi sələfin üstünə atmamaq, öz işinə görə hesabat vermək vaxtıdır. Suallar kifayət qədər çoxdur və şübhə etməyin: Ukrayna xalqı onların hamısını qoyacaq”, - Poroşenko deyib.
O, Avropa demokratik Ukraynası uğrunda mübarizədə təslim olmayacağına əmin edərək, həmvətənlərini ilk növbədə Silahlı Qüvvələr ətrafında birləşməyə çağırıb.
Bundan əvvəl Petro Poroşenko fevralın 14-16-da Almaniyada keçiriləcək Münhen konfransına getməsinə icazə verilmədiyini və fevralın 14-dən 28-dək Dövlət Təhqiqat Bürosuna hər gün gəlmək şərtilə 15 çağırış vərəqəsi aldığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Poroşenko sanksiyalar