ABŞ Konqresində Azərbaycandakı dini azadlıqlar müzakirə edildi

   ABŞ Konqresində Azərbaycandakı dini azadlıqlar müzakirə edildi
  13 Fevral 2025    Oxunub:342
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti bildirib.

“ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə səfir Xəzər İbrahim, Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, ABŞ Konqresmenı Timoti Kennedi və Keşer İsraelin (həmçinin Corctaun sinaqoqu kimi tanınır – red.) ravvini Hayim Şafner iştirak ediblər”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Səfirlik “dolğun müzakirələrə görə” iştirakçılara təşəkkürünü bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti