Somali Prezidenti: Bu səfər strateji müttəfiqliyin başlanğıcı deməkdir

      Somali Prezidenti:    Bu səfər strateji müttəfiqliyin başlanğıcı deməkdir
  12 Fevral 2025    Oxunub:257
Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir.
AzVision.az xəbər verir ki, bu sözləri Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışlarının üst-üstə düşdüyünü vurğulayan Hasan Şeyx Mahmud, həmçinin bildirib: “Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim”.

AzVision.az



Teqlər:





Xəbər lenti