Çin planeti məhvdən xilas edə bilər

   Çin planeti məhvdən xilas edə bilər
  12 Fevral 2025    Oxunub:273
Bəşəriyyət 2032-ci ildə Yerlə toqquşma ehtimalı az olan “2024 YR4” asteroidinin yaratdığı potensial təhlükə altındadır.
AzVision.az xəbər verir ki, “Interesting Engineering” agentliyinin yazdığına görə, Çin və ABŞ-nin bunun qarşısını almaq şansı var.

Diametri 40-90 metr olduğu təxmin edilən bu asteroid ilk dəfə 2024-cü ilin dekabrında aşkarlanıb. Avropa Kosmik Agentliyi hətta onu 2032-ci ildə 2,2% Yerlə toqquşma ehtimalı ilə yüksək riskli asteroid kimi öz izləmə siyahısına daxil edib.

“Toqquşma ehtimalı çox azdır və asteroid o qədər kiçikdir ki, hər hansı potensial təsirin nəticələri lokal xarakter daşıyacaq. Lakin vəziyyət qlobal planetar müdafiəçilərin diqqətini cəlb edəcək qədər əhəmiyyətlidir”, - agentlik bildirib.

Çin daha əvvəl, lazım gələrsə, potensial təhlükəli asteroidləri istiqamətləndirmək üçün missiyaları yerinə yetirəcək “planetar müdafiə komandası topladığını” açıqlayıb. “2024 YR4” asteroidinin kəşfindən sonra Çinin Dövlət Elm, Texnologiya və Sənaye İdarəsi “planetar müdafiə postu” üçün könüllülər çağırışı elan edib.

Keçən il Çin 2030-cu ildə başlaması gözlənilən ilk asteroid müdafiə missiyası üçün planını açıqlayıb. Missiya Yerə yaxınlaşan asteroidi müşahidə etməyi və sonra onun trayektoriyasını dəyişmək üçün kosmik gəmi ilə ona təsir göstərməyi nəzərdə tutur. Bu, NASA-nın 2022 DART missiyası vasitəsi ilə həyata keçirməyə çalışdığı plana bənzəyir.

- Əgər bu asteroid Yer üçün əhəmiyyətli toqquşma təhlükəsi yaradırsa, o zaman NASA və Çin kosmik gəmini ona çırparaq göy cismini istiqamətləndirmək və bununla da orbitini dəyişdirmək imkanı üzərində düşünə bilər”, - “Interesting Engineering” agentliyi vurğulayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   asteroid   təhlükə  





Xəbər lenti