Maskdan NATO ilə bağlı çağırış
![Maskdan NATO ilə bağlı çağırış
Maskdan NATO ilə bağlı çağırış](https://azvision.az/photos/2025/02/musk-1739384151.jpg)
“NATO-nu yenidən tamamilə formalaşdırmağa ehtiyac var”, - deyə o, rəhbəri olduğu X şəbəkəsində Yuta ştatından olan senator Mayk Linin paylaşımını şərh edərkən bəyan edib. Qeyd edək ki, senator “soyuq müharibə başa çatandan” sonra NATO-nu anaxronizmə çevrilmiş alyans adlandırıb.
Ötən ilin mart ayında Mask sərmayəçi Devid Daksın NATO-nun nüfuzunu itirdiyi və ləğv olunmağa ehtiyac olduğu ilə bağlı fikrini bəyənmişdi.
“Doğrudur. Həmişə NATO-nun mövcud olmasına təəccüblənmişəm, bir halda ki, onun rəqibi və mövcud olma səbəbi olan Varşava paktı ləğv olunub” – deyə Mask X sosial şəbəkəsində qeyd edib. Onun bu bəyanatı bir çoxları tərəfindən tənqid olunub.
AzVision.az
Teqlər: