Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir

Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir
  11 Fevral 2025    Oxunub:324
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 1129 uşağa sosial xidmətlər göstərilir.
Agentliyin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, onlardan 773 nəfəri stasionar, 356 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.

Bu xidmətlərə Agentliyin əlilliyi olan uşaqlar üçün və psixonevroloji sosial xidmət müəssisələrində, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.

Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə hər uşaqla bağlı fərdi inkişaf planı tərtib edilməklə sosial iş aparılır və sosial dəstək tədbirləri həyata keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti