Dələduzluq edənlər saxlanılıblar

Dələduzluq edənlər saxlanılıblar
  11 Fevral 2025    Oxunub:316
Bakının müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli saxlanılıblar.

Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən S.Mahmudov da tutulub.

AzVision.az


Teqlər: DİN   dələduzlar   saxlanma  





Xəbər lenti