İsrail daha 3 terrorçunu zərərsizləşdirib

   İsrail daha 3 terrorçunu zərərsizləşdirib
  14 Mart 2025    Oxunub:448
İsrail Silahlı Qüvvələri cari həftə ərzində İordan çayının qərb sahilində terror təşkilatlarına mənsub 3 nəfəri zərərsizləşdirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ərrabə və Qəbatiyyə qəsəbələrində aparılan əməliyyatlar çərçivəsində axtarışa verilmiş 100-ə yaxın şübhəli də saxlanılıb.

İsrail hərbçiləri, eyni zamanda, onların məskunlaşdıqları yerlərdə külli miqdarda silah-sursat da aşkarlayaraq götürüb.
Kats: "Terrorla əlaqəli hər kəsi aradan qaldıracağıq"

Xatırladaq ki, fevralın 21-də İsrailin müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində antiterror fəaliyyətinin gücləndirməsi ilə əlaqədar İsrail Silahlı Qüvvələrinə tapşırıq verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   antiterror   əməliyyat  





Xəbər lenti