Sığorta sektorunun aktivləri 2 milyard manatı keçib

Sığorta sektorunun aktivləri 2 milyard manatı keçib
  14 Mart 2025    Oxunub:454
2024-cüi ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard 49 milyon manat təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin sonu ilə müqayisədə 13,4 % çoxdur.

Bu ilin əvvəlinə sektorun aktivlərinin 1 milyard 206 milyon manatı və yaxud 58,9 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 26 % çoxdur.

O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 26,1 % artaraq 1 milyhard 68 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 25,5 % artaraq 138 milyon manata çatıb.

Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 22,4 % azalaraq 250 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 46,9 % artaraq 144 milyon manat, digər aktivləri isə 4,2 % artaraq 449 milyon manat təşkil edib.
AzVision.az



Teqlər:





Xəbər lenti